Menu

İsrail XİN rəhbəri Azərbaycan səfirliyinin açılması ilə bağlı paylaşım edib

29.03.2023, 10:14
İsrail XİN rəhbəri Azərbaycan səfirliyinin açılması ilə bağlı paylaşım edib

İsrailin xarici işlər naziri Eli Kohen Azərbaycanın İsraildə səfirliyinin açılması ilə bağlı paylaşım edib.

APA xəbər verir ki, paylaşımda deyilir:

“Tarix!

Hazırda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edirəm.

Ölkələr arasında münasibətlərin 30 ilində ilk dəfə olaraq İsrailə Azərbaycan səfiri gələcək və daimi səfirlik açılacaq.

İsrailə xoş gəlmisiniz”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol