Ukrayna müharibəyə nə qədər pul xərcləyir? - Maliyyə naziri açıqladı

“Ukrayna ölkəni Rusiya işğalından müdafiə etmək üçün hər ay təxminən 130 milyard qriven pul xərcləyir”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukraynanın Maliyyə naziri Sergey Marçenko mətbuata açıqlamasında bildirib. 

Qeyd edək ki, 130 milyard qriven indiki rəsmi məzənnə ilə təxminən 3.5 milyard ABŞ dolları edir. Nazir qeyd edib ki, Ukraynanın gəlirləri həmin xərclərlə müqayisədə az qala iki dəfə azdır. Deməli, büdcədəki kəsir xarici maliyyə yardımları hesabına qapadılır.

Nazir bildirib ki, onun rəhbərlik etdiyi qurumun başlıca vəzifəsi birbaşa hərbi xərcləri vaxtlı-vaxtında təmin etməkdir. Bunun üçünsə Ali Rada ölkənin illik büdcəsində dəyişiklik edərək, hərbi xərcləri artırmaq barədə qərar verib.

Nazir onu da əlavə edib ki, müharibə davam etdikcə, ukraynalıların vergi qanunvericiliyində hər hansı dəyişiklik, vergi güzəşti gözləməsinə dəymir.

“AzPolitika.info” 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar