Menu

"İsraildən Azərbaycana böyük bir turistik marağın olduğunu görürük" - Muxtar Məmmədov

29.03.2023, 21:49
"İsraildən Azərbaycana böyük bir turistik marağın olduğunu görürük" - Muxtar Məmmədov

Azərbaycanla İsrail arasında diplomatik münasibətlər təxminən 31 ilə yaxındır ki, mövcuddur.

Bunu APA-nın İsrailə ezam olunmuş xüsusi müxbirinin sualına cavab olaraq Azərbaycanın bu ölkədəki səfiri Muxtar Məmmədov bildirib.

Onun sözlərinə görə, bu müddət ərzində İsraildə Azərbaycan Səfirliyi olmasa da dövlətlər arasında çox yüksək münasibətlər olub, bir sıra sahələrdə əməkdaşlıqlar həyata keçirilib.

“Texnologiya, təhsil, kənd təsərrüfatı, müdafiə sahəsində əlaqələr olsa da Səfirliyin burada açılması əlaqələrin dərinləşməsinə, burada əməkdaşlıq üçün yeni tərəfdaşların tapılmasına şərait yaradacaq”, - deyə səfir bildirib.

Muxtar Məmmədovun sözlərinə görə, turizim sahəsində artım mövcuddur.

Hər iki istiqamətdə aviareyslərin artması gələcəkdə turist sayında artımın olmasına gətirib çıxaracaq. Diplomat qeyd edib ki, İsraildən Azərbaycana böyük bir turistik marağın olduğunu görürük.

“Eyni zamanda təhsil sahsində son zamanlar yaxşı əmkdaşlıqlar var. Mədəni sahədə əlaqələrin inkişafını təşviq etməliyik. İsraildə böyük Azərbaycan diasporu, Azərbaycanda isə yəhudi icması mövcuddur. Bu imkanlardan istifadə edərək mədəniyyətimizi, incəsənətimizi bi-birimnizə yaxından təqdim etməliyik. Əminəm ki, Səfirliyin burada olması yeni perespektivlərin açılmasına təkan verəcək”, - deyə Muxata Məmmədov qeyd edib.

Səfir Azərbaycanla İsrail arasındakı münasibətlərin 3-cü ölkələrə qarşı yönəlməsi haqqında yayılan suallara da cavab cavab verib:

“Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra üçüncü ölkələrin daxili işlərinə qarışırmır. Ölkəmiz eyni yanaşmanı 3-cü ölkələrdən də gözləyir. Azərbayacan bu günə kimi bu yanaşmaya sadiq olub və bundan sonra da bu yanaşma sayəsində siyasətini həyata keçirəcək”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol