Menu

ABŞ 2022-ci ildə 12 hipersəs silah sınağı keçirib

29.03.2023, 22:50
ABŞ 2022-ci ildə 12 hipersəs silah sınağı keçirib

ABŞ 2022-ci ildə hipersəs silahlarının 12 uğurlu sınağını keçirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin Konqresin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələr zamanı bildirib.

“Son bir ildə hipersəs silahlarının 12 uğurlu sınağını keçirmişik və bu istiqamətdə fəaliyyəti davam etdirəcəyik”, - o deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol