Menu

Putin Türkiyəyə səfər edə bilər - Ərdoğan ehtimal edilən səfərin tarixini açıqlayıb

30.03.2023, 10:52
Putin Türkiyəyə səfər edə bilər - Ərdoğan ehtimal edilən səfərin tarixini açıqlayıb

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinin ölkəsinə səfər edə biləcəyini bildirib.

“AzPolitika.info” xəbər verir ki, ATV telekanalına müsahibə verən Ərdoğan qeyd edib ki, Putin “Rosatom”un inşa etdiyi “Akkuyu” AES-in açılışında iştirak etmək üçün Türkiyəyə səfər edə bilər.

“Putin aprelin 27-də açılış mərasimi üçünTürkiyəyə gələ bilərvə ya onlayn şəkildə mərasimdə iştirak edə bilər”, - deyə o, bildirib.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi martın 17-də Putinin həbsinə dair order verib. Lakin Putinin Türkiyədə həbs olunmaq təhlükəsi yoxdur. Çünki bu ölkə Roma Statutunu ratifikasiya etməyib və Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarını tanımır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol