Əhalinin 70 faizi “Stalinqrad” adının qaytarılmasını istəmir – Sorğu

Volqoqrad sakinlərinin 70%-i şəhərin adının “Stalinqrad” adlandırılmasının tərəfdarı deyildi.

“AzPolitika.info” xəbər verir ki, bu, "Russian Field" müstəqil sosioloji layihəsinin Volqoqrad sakinləri arasında keçirdiyi sorğu zamanı üzə çıxıb.

Hakimiyyət Volqoqradı “Stalinqrad” adlandırmaq qərarına gəlsəydi, şəhər əhalisinin yalnız dörddə biri bu qərarı təsdiqləyərdi. Yaşı 60-dan yuxarı olan Volqoqrad sakinlərinin 44%-i Stalinqradda yaşamaq istədiyini bildirib.

Adın dəyişdirilməsinin tərəfdarları hesab edirlər ki, bu məsələ hazırda İkinci Dünya Müharibəsi zamanı “igidliyi xatırlatmaq, tarixi qorumaq, vətənpərvərlik hissini artırmaq və şəhərə turist cəlb etmək üçün” qaldırılır. Müxaliflər isə bunu korrupsiya məqsədləri, hakimiyyətin psevdovətənpərvərlik kimi kimi qiymətləndirirlər.

Eyni zamanda, “hansı şəhər adını daha çox bəyənirsiz” sualına cavab verən volqoqradlıların 74%-i bunun Volqoqrad, 18%-i Stalinqrad və 5%-i Tsaritsın deyib.

Oxşar sorğu yanvarda hökumətyönlü VTsIOM şirkəti tərəfindən də keçirilib. Sorğunun nəticələrinə görə, Volqoqrad sakinlərinin əksəriyyəti - 67%-i şəhərin adının Stalinqrad adlandırılmasının tərəfdarı deyil.

Rasim

“AzPolitika.info”

635x100

Şərhlər

b.Cəfəri 2023-03-30 17:26:40

Həlledici yerlilər Stalinqrad istəsələr də, nəticə referendum iştirakçılarının əksəriyyətinin (64%nin) əslində kəskinliklə müharibə əleyhinə səs verdikləri aydındır!

Son yazılar