“Əks-hücum həlledici an sayılmamalıdır” - Kuleba

Ukrayna Ordusunun xeyli vaxtdır gözlənilən əks-hücumu ətrafında gərgin müzakirələr davam edir. Bu, Ukrayna və Qərb cəmiyyətlərində daxili gərginliyi və gözləntiləri artırır. Ukrayna hakimiyyəti isə belə gərgin bir atmosferin yaranmasında maraqlı deyil.

“AzPolitika.info” xəbər verir ki, Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba “Financial Times”-a müsahibəsində deyib ki, Ukrayna Ordusunun gözlənilən əks-hücumu həlledici an sayılmamalıdır: “Əgər əks-hücuma bu cür baxılsa, lakin bu, ərazilərimizin tam azad olunmasına gətirib çıxarmasa, o zaman bəziləri deyə bilər ki, indi alternativ ssenarilər barədə düşünmək lazımdır. Lakin bizim üçün alternativ yoxdur”.

Ukrayna XİN başçısı bununla da hakimiyyətin gözlənilən əks-hücumun girovuna çevrilmək istəmədiyini demək istəyib. Çünki doğrudan da, əks-hücumdan gözləntilər özünü doğrultmasa, bu, həm Ukrayna cəmiyyətində, həm də Qərbdə Rusiya qarşısında güzəştlərə gedilməsi zərurəti kimi əhval-ruhiyyələr yarada bilər. 

Bu ssenari isə qətiyyən Ukraynanın maraqlarına uyğun deyil. Çünki Ukrayna hakimiyyəti əks-hücumun nəticəsindən asılı olmayaraq, Rusiya işğalı ilə mübarizəni sona qədər davam etydirmək və işğalçı qoşunları bütün ölkə ərazisindən qovmaq niyyətindədir.

“AzPolitika.info” 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar