KTMT kollektiv qüvvələrin təlimlərinə hazırlaşır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) kollektiv qüvvələrin təlimlərinə hazırlaşır.

APA xəbər verir ki, bu barədə Təşkilatın mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, bu il keçirilməsi planlaşdırılan təlimlərə hərbçilərlə yanaşı, həmçinin KTMT üzv ölkələrin dövlət təhlükəsizlik orqanları, polis qüvvələri, Fövqəladə Hallar və Xarici İşlər Nazirlikləri də cəlb ediləcəklər.

Məlumata əsasən, 28-30 mart tarixlərində Moskvada Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan nümayəndə heyətlərinin iştirakı ilə tədbirlərin planlaşdırılması üzrə danışıqlar aparılıb:

“Belarus ərazisində ilk dəfə birgə radiasiya-kimyəvi-bioloji mühafizə üzrə xüsusi təlim keçiriləcək. Qırğızıstan ərazisində birgə sülhməramlı əməliyyatlar keçiriləcək”, - mətbuat xidməti əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar