Menu

Video paylaşan, dini ayinləri icra edənlər dərhal edam olunur – “Şimali Koreya xaqının həyatı təhlükə altındadır”

31.03.2023, 13:05
Video paylaşan, dini ayinləri icra edənlər dərhal edam olunur – “Şimali Koreya xaqının həyatı təhlükə altındadır”

Şimali Koreya vətəndaşları Cənubi Koreya istehsalı videolar paylaşarsa, narkotikə görə cinayət törədərsə və ya hər hansı bir dini ayin icra edərsə dərhal edam olunurlar.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Cənubi Koreyanın yayımladığı hesabatda bildirilir.

2017-2022-ci illər arasında ölkəsini tərk edən 500-dən çox Şimali Koreya vətəndaşının verdiyi açıqlamalara əsasən, Şimali Koreya xalqının həyatı ciddi təhlükə altındadır. Kütləvi edamlar, işgəncələr və əsassız həbslərlə bağlı məlumatların yer aldığı hesabatda ictimai yerlərdə, həbs düşərgələrində və bir çox başqa yerlərdə dövlət tərəfindən insan hüquqlarının pozulması hallarına yol verildiyi vurğulanıb.

Hesabatda insanların saxlama düşərgələrində öldürüldüyü və işgəncələrə məruz qaldığı, sərhədi keçməyə cəhd edən bəzi Şimali Koreyalıların tutulduqdan dərhal sonra edam edildiyi bildirilib.

Məlumata görə, bu günə qədər təxminən 34 min Şimali Koreyalı Cənubi Koreyada məskunlaşıb. Lakin Şimali Koreya sərhəddə təhlükəsizliyi gücləndirdiyi üçün son illər ölkədən qaçanların sayı kəskin şəkildə azalıb. Qeyd olunub ki, 2021-ci ildə Şimali Koreyadan Cənubi Koreyaya 63, 2022-ci ildə isə 67 nəfər qaça bilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol