Menu

Azərbaycanla İtaliya arasında hərbi əlaqələrin gücləndirilməsi müzakirə olunub

31.03.2023, 13:40
Azərbaycanla İtaliya arasında hərbi əlaqələrin gücləndirilməsi müzakirə olunub

İtaliyanın müdafiə naziri Quido Krosetto Azərbaycanın bu ölkədəki səfiri Rəşad Aslanovu qəbul edib.

APA xəbər verir ki bu barədə İtaliya Müdafiə Nazirliyi məlumat yayıb.

“Müdafiə, enerji və regional kontekstdə təhlükəsizlik, o cümlədən iki ölkə arasında hərbi, sənaye və siyasi əlaqələrin gücləndirilməsi də daxil olmaqla ümumi maraq doğuran mövzular ətrafında səmimi müzakirə aparılıb”, - İtaliya Müdafiə Nazirliyindən bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol