Menu

“Rusiya Baxmutu “qırğın festivalı”na çevirib” – ABŞ generalı

31.03.2023, 14:17
“Rusiya Baxmutu “qırğın festivalı”na çevirib” – ABŞ generalı

ABŞ-ın Baş Qərargah rəisi general Mark Milli Ukraynada şiddətli toqquşmalara səhnə olan Baxmut şəhərinin Rusiya qüvvələri tərəfindən “qırğın festivalı”na çevrildiyini bildirib.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, Milli rus ordusunun son üç həftədə viran etdiyi Baxmutda heç bir irəliləyiş əldə edə bilmədiyini deyib.

“Rus ordusu hazırda Baxmutda döyüş əməliyyatları aparır. Onlar yəqin ki, 6 minə yaxın muzdlu döyüşçüdən və 20-30 min nəfər arası təcrübəsiz hərbçidən istifadə edirlər. Onların əksəriyyəti həbsxanalardan müharibəyə cəlb olunan məhbuslardır”,- deyə o, bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol