“Azərbaycana qərəzli yanaşan KİV-lər mənə müraciət etməsin!” – Ramiz Yunus Ukrayna mediasına səsləndi

ABŞ-da yaşayan tanınmış azərbaycanlı təhlilçi Ramiz Yunus Ukrayna kütləvi informasiya vasitələrinə müraciət edib. “Facebook” səhifəsi vasitəsi ilə media nümayəndələrinə xitab edən təhlilçi Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qərəzli yanaşan KİV-lərə xəbərdarlıq edib.

“Prinsip olaraq mən Qarabağ məsələsində Azərbaycana düşmən münasibət bəsləyən, ərazinin Azərbaycana mənsub olmadığını iddia edən kanallarda danışmıram. Ona görə də bu qəbildən olan bütün mediadan xahiş edirəm ki, mənə yazmasın, zəng etməsin. Nə qədər təkrar etmək olar ki, Ukraynanın ərazi bütövlüyü və suverenliyi Azərbaycanın ərazi bütövlüyü və suverenliyindən heç nə ilə fərqlənmir!”, - Ramiz Yunus vurğulayıb.

Xatırladaq ki, azərbaycanlı təhlilçi Ukrayna televiziyalarında və internet kanallarında ən nüfuzlu ekspertlərdən biridir. Onun Rusiya-Ukrayna müharibəsinin gedişi, dünya siyasətində baş verən yeniliklər, habelə regionda cərəyan edən proseslərlə bağlı müxtəlif media resurslarındakı çıxışları yüzminlərlə insan tərəfindən izlənir. 

R.Yunus çıxışlarında böyük tamaşaçı ordusuna Türkiyə və Azərbaycanın yürütdüyü siyasəti də zah edir. O, hər iki ölkəyə qarşı qərəzli yanaşmalara sərt reaksiyası ilə məşhurdur.

Rasim

“AzPolitika.info” 

635x100

Şərhlər

Azərbaycanlı 2023-03-31 22:38:25

canı-qanı Azərbaycanlı=bəyənməyənlər utansın

Mubariz 2023-03-31 22:10:44

Yunus bizim XİN-də Diaspora komitəsindəndə daha çox iş görür ,təssüf olsun ki bizim hakimiyyət onun müxalif fikirlərinə görə yaxın buraxmır

X 2023-03-31 18:38:22

Çox sağ olun. Təşəkkürlər

Son yazılar