Hava şəraiti internetə təsir edir? - Açıqlama

Küləkli və yağışlı havada bəzi istifadəçilər internetin keyfiyyətindən narazılıq edir, sosial şəbəkə hesablarına daxil ola bilmədiklərini deyirlər.

Doğrudanmı hava şəraitinin internetə təsiri var?

Məsələ ilə bağlı “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Bakupost.az -a açıqlama verib.

O bildirib ki, hava şəraiti yalnız mobil internetə təsir göstərə bilər:

“Hava şəraiti mobil internetin keyfiyyətinə təsir edə, gec yüklənməyə səbəb ola bilər. Amma kabel xəttinə, fiber optik internetin keyfiyyətinə hava şəraitinin təsiri yoxdur”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar