Menu

Messi "Barselona"ya qayıtmaq istədiyini baş məşqçiyə deyib

31.03.2023, 22:00
Messi "Barselona"ya qayıtmaq istədiyini baş məşqçiyə deyib

Argentina millisinin və Fransanın PSJ klubunun futbolçusu Lionel Messi İspaniya “Barselona”sına qayıtmaq istəyir.

“Report”un “Sky Sport”a istinadla məlumatına görə, 36 yaşlı hücumçu bu arzusunu Kataloniya təmsilçisinin baş məşqçisi Xavi Ernandesə çatdırıb.

O, ən qısa müddətdə yenidən keçmiş komandasının formasını geyinməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, Lionel Messi 2003-2021-ci illərdə “Barselona”da çıxış edib. Onun PSJ ilə cari mövsümün sonunadək müqaviləsi var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol