"Öngörücü" Şirvan sakinlərini aldadaraq 50 000 dollar və 15 000 manatını alıb

"Öngörücü" Şirvan sakinlərini aldadaraq 50 000 dollar və 15 000 manatını alıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Bildirilib ki, martın 26-da Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən 50 000 ABŞ dolları və 15 000 manat pulun oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşları daxil olan məlumatla əlaqədar həmin ünvanda olublar və müvafiq araşdırmalar aparılıb. Araşdırmalar zamanı isə həmin pulların oğurlanmadığı, Bakı şəhər sakini olan bir qadın tərəfindən dələduzluq yolu ilə ələ keçirildiyi müəyyən edilib.

DİN-in Baş Cinayət Axtarış İdarəsinin və Şirvan ŞPŞ-nin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Günəş Qasımova saxlanılaraq istintaqa təqdim olunub. Dindirilmə zamanı həmin qadın cinayət əməlini etiraf edib.

Aparılan ilkin istintaq hərəkətləri zamanı məlum olub ki, G.Qasımova bir müddət əvvəl zərərçəkənin ailə üzvlərinin birinə öngörücü olduğunu bildirərək, iddia etdiyi kimi qeyri-adi güc vasitəsilə onların üzləşdikləri bəzi problemlərin həllində köməkliklər göstəriləcəyi barədə vədlər verib və zərərçəkənlərin pullarını dələduzluq yolu ilə ələ keçirilib.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

635x100

Şərhlər

dadaşyev 2023-04-01 21:46:34

Şirvan sakinləri niyə inanıblar ki o “öngörücülərə”?Ya eyyuhən nas,yəni ey insanlar,bilin və agah oluin:öngörücülük yalnız və yalnız peyğəmbərlərə xasdır.Və peyğəmbərlərə də kısıtlıdır.Rəsulillah deyib ki,mən yalnız mənə vəhy edilənləri bilirəm və məndən hər şeyin izahını soruşmayın.Ay camaat,bir də bir şeyi dəqiq bilin:əgər sizə deyirlərsə filan falçının yanına get,o hər şeyi dəqiq bilir,bilin ki sizdən əvvəl o falçının yanına elə sizi tanıyan yaxınlarınızdan birisi gedib və sizin haqqınızda yetərli məlumatları ona verib ki,siz onun yanına gedəndə onun sizin haqqınızda dediklərinə gözlərinizi faldaşı kimi açıb heyrət edəsiniz ki,aaaa,hər şeyi bilir ki bu.Elə ki onun hər şeyi bildiyinə inandınız,başlayacaq sizə əmrlər verməyə:anandan uzaq ol,sənə düşməndi,qardaşından uzaq ol,səni görməyə gözü yoxdu,bacın arvadına zəhər verəcək,tez ol bacını uzaqlaşdır evindən və sair və ilaxır.Siz də düşmən olacaqsınız uşaqlıqdan bir evdə böyüdüklərinizlə.Və sizə artıq o yaxınlarınızın,o doğmalarınızın heç bir ürəkağrısı təsir etməyəcək,çünki tamamən o falçının təsirində olacaqsınız.Niyə?Çünki haqqınızda məlumatları dəqiq veriblər axı ona.Madam ki başınıza gələnləri dəqiqliklə deyiblər ona,demək başınıza gələcək olanları da bilir dəqiqliklə.

Son yazılar