Azərbaycanlı gənc Harvard Universitetinə qəbul olub - FOTOLAR

Azərbaycanlı qız eyni vaxtda dünyanın ən nüfuzlu bir neçə universitetinin bakalavr pilləsinə qəbul olub.

“AzPolitika.info”nun xəbərinə görə, Bakı-Oksford Məktəbinin şagirdi Ayla Əliyevanın ABŞ-nin Harvard, Kolumbiya və Braun universitetlərinə etdiyi müraciətlərə müsbət cavab verilib.

O, SAT (“Scholastic Aptitude Test”) imtahanı üzrə 1 550, (IELTS – “International English Language Testing System”) üzrə 8,5 bal toplayıb.

Gənc onlar arasından Harvardı seçib və orada təhsil alacaq.

A.Əliyeva “Ivy League”ə daxil olan dünyanın ən nüfuzlu səkkiz universitetindən üçünə bakalavr təhsil pilləsi üzrə qəbul olunan ilk azərbaycanlı tələbədir.

Qeyd edək ki, 2005-ci il təvəllüdlü A.Əliyeva Bakı-Oksford Məktəbində “A-level” proqramı üzrə təhsil alır.

Xatırladaq ki, A.Əliyevanın qardaşı İlham Əliyev də İnşaat mühəndisliyi və ümumi mühəndislik ixtisası (“Civil engineering and general engineering”) üzrə Texas və Virciniya, ABŞ-nin bir neçə nüfuzlu universitetinə qəbul olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar