Paşinyan ABŞ-a 102-ci bazanı çıxaracağına söz verib

Erməni mediası iddia edir ki, sərhəddə vəziyyət yenidən müharibə həddinə gələrsə, Ermənistan müqavimət göstərməyə hazır deyil. Erməni mediasında indi əsas müzakirə mövzusu Azərbaycan hərbçilərinin sərhəddə yeni mövqelərdə möhkəmlənməsi haqda xəbərlər barədədir. Rusiya ermənilərinin yekramas.org saytı da bu barədə Paşinyan hökumətini tənqid edən məqalə dərc edib.

Qeyd olunur ki, Azərbaycanın Taq kəndi istiqamətində yeni mövqelərə sahib olmasında təəccüblü heç nə yoxdur.

“Çünki həmin vaxt müdafiə naziri Suren Papikyan dəyəri yarım milyon dollar olan mənzil alqı-satqısı ilə məşğul olurdu. İndi regionda yeni gərginlik Paşinyanın vicdanındadır” - deyə yazıda bildirilir.

paşinyan.jpg (16 KB)

İddia olunur ki, əgər sərhəddə vəziyyət yenidən müharibə həddinə gələrsə, Ermənistan müqavimət göstərməyə hazır deyil: “Sərhəddə 2022-ci ilin sentyabr döyüşlərindən sonra Paşinyan sərhədyanı ərazilərdə mövqelərin qurulması və möhkəmləndirilməsi üçün lazımi addımlar atmayıb, bir sıra əhəmiyyətli sərhəd ərazilərini itirməsi faktını gizlətməyə çalışıb”.

Qeyd olunur ki, Azərbaycan Avropa və Amerika siyasətçilərinin Laçın yolu ilə bağlı müraciət və bəyanatlarına əhəmiyyət vermir, bu da rəsmi İrəvanın “yarıtmaz diplomatik səyləri” ilə bağlıdır. 

“Qarabaxdakı son hadisələr fonunda Paşinyan sülh müqaviləsinin imzalanması perspektivinə kölgə salmamaq üçün susur, həm də ona görə ki, artıq hər şeyi Qərbin diktəsi ilə edirlər.

Uzunmüddətli sülh, Qərbin fikrincə, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının mövcudluğunu lüzumsuz edəcək. “Paşinyan artıq Vaşinqtonla Ermənistanın KTMT-dən çıxmasının şərtlərini razılaşdırıb. 44 günlük müharibədən sonra hakim rejim Ermənistan Silahlı Qüvvələrinin müdafiə qabiliyyətini və döyüş effektivliyini artırmaq üçün heç bir iş görməyib, rejimin rəhbəri və onun dəstəsi ancaq ciblərini doldurmaqla məşğuldur. Vəkil Tiqran Atanesyanın sözlərinə görə, yalnız pandemiya dövründə rejim lideri və dəstəsi 200 milyon dollara yaxın pulu mənimsəyib. Rejim xarici çağırışlara və risklərə tab gətirə, balanslaşdırılmış siyasət yeridə bilmir” - deyə bildirilir.

Daha bir sitat: “Kollektiv Qərb Rusiya sülhməramlılarının mümkün qədər tez Qarabağdan çıxarılmasına nail olmağa tələsir. Rusiyanın öz sülhməramlılarını münaqişə zonasından çıxarmasını istəyən kollektiv Qərbin dəstəyini hiss edir. İranın üçüncü ölkə vasitəsilə martın 27-də Azərbaycandan hücum olacağı təqdirdə Sünikə qoşun göndərməyə hazır olması barədə xəbərdarlıq etməsi çətin ki, Ermənistan ərazisində böyük müharibə təhlükəsini aradan qaldırsın, lakin hər şey Ukraynadakı vəziyyətdən asılı olacaq”.

Qeyd edək ki, bir gün əvvəl Ermənistan-Azərbaycan sərhədində və Qarabağda qeyri-sabitliklə bağlı KTMT-nin baş katibi İmanqali Tasmaqambetov da danışıb. Onun sözlərinə görə, Cənubi Qafqazda sabitliyin pozulması aktual olaraq qalır. (musavat.com)

635x100

Şərhlər

Oxucu. 2023-04-01 19:24:53

Ruslar erməniləri çıxardacaq,amma ordunu çıxarmayacaq.

Son yazılar