Menu

Azərbaycanın dövlət qurumlarını təqlid edən saxta domenlər aşkarlanıb

01.04.2023, 17:05
Azərbaycanın dövlət qurumlarını təqlid edən saxta domenlər aşkarlanıb

Ötən il Azərbaycanın dövlət qurumları domenlərinə bənzədilmiş saxta domenlər aşkar olunub.

Bu barədə dövlət qurumlarının informasiya təhlükəsizliyini təmin edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) bildirilib.

"Xidmətin mütəxəssisləri tərəfindən aparılan kiber kəşfiyyat fəaliyyəti nəticəsində dövlət qurumları domenlərinə bənzədilmiş 48 saxta domen yaradılması halları müəyyən edilib, hələ hazırlıq mərhələsində onların bloklanması həyata keçirilməklə kiberhücumların qarşısı alınıb", - məlumatda deyilir.

Qeyd olunub ki, Xidmət tərəfindən qurulan Mərkəzləşdirilmiş elektron poçt xidmətindən istənilən forma və təyinatlı kiberhücumlar daima izlənilir və qarşısının alınması üçün vaxtında lazımi tədbirlər görülür.

Şərhlər

Mirzə Qərənfil 2023-04-01 23:07:18

Dövlət qurumları (ya dömenləri) adından saxtakarlıqla (təqlidlə) istifadə etmiş bütün təşkilat və müəssisələrin adları geniş mətbuatda yayımlanmalıdır ki, hər vətəndaş bilsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol