Menu

Ermənilərlə sərhəddə görüş olub? - Ermənistan MTX məlumat yayıb

01.04.2023, 18:35
Ermənilərlə sərhəddə görüş olub? - Ermənistan MTX məlumat yayıb

Ermənistan-Azərbaycan sərhədində iki ölkənin nümayəndələrinin görüşdüyü haqda məlumat yayılıb. 

Erməni mediası xəbər verir ki, məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidməti yayıb.

"Teh-Kornidzor sahəsində Ermənistan və Azərbaycan nümayəndələrinin iştirakı ilə görüş olub, sərhədin dəqiqləşdirilməsi üzrə işlər aparılıb, nəticədə bu sahədə vəziyyət xeyli yaxşılaşıb. Hazırda işlər davam edir, nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək" - deyə, Ermənistan Milli Təhlükəsizlik Xidməti bildirib.

Azərbaycan tərəfi hələ ki, görüş barədə rəsmi məlumat verməyib.

Qeyd edək ki, martın 30-da Azərbaycan ordusu sözügedən istiqamətdə bir sıra yüksəklikləri tutub, mövqeləri təchiz edib və Ermənistanla şərti sərhəd sahəsini nəzarətə götürüb. İndiyədək Azərbaycanın hərbi mövqeləri müəyyən məsafədə idi, çünki bu istiqamətdə erməni tərəfi Texdən Laçın dəhlizinin yeni trasına (2022-ci ilin avqustunda istismara verilib) qədər olan yoldan istifadəyə davam edirdi. Ermənilər isə iddia edir ki, Azərbaycan hərbi qüvvələri Tex kəndinin kənarında (şərti sərhəddə) mövqe tutublar. Eyni zamanda, Aravusun sərhədinə gəliblər. Ərazidə traktorlar, texnikalarla möhkəmlənmə işi aparırlar, mühəndislik işləri görürlər, öz postlarını da qurublar. Kənd sakinlərinin iddiasına görə, Ermənistan bu istiqamətdəki – şərti sərhəddəki silahlı qüvvələrini geri çəki

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol