ABŞ-n keçmiş Prezidenti Donald Trampa qarşı ən azı bir cinayət ittihamı irəli sürüləcək.
Bu barədə AP informasiya agentliyi məlumatlı mənbələrə istinadla xəbər verir.
Bundan əvvəl xəbər verilmişdi ki, Nyu-York məhkəməsinin çox sayda münsiflər heyəti Trampa qarşı səs verib.
Rəsmi ittiham yalnız Tramp məhkəməyə gələrkən səsləndiriləcək, amma ehtimal edilir ki, söhbət pornoulduz Stromi Denielsin işi barədə gedir - guya Tramp qadına susmasına görə, külli miqarda pul ödəyib.
Agentliyə görə, Trampa qarşı çoxsaylı itttihamlar işgüzar sənədlərin saxtalaşdırılmasına görədir.
Trampın məhkəməyə gəlməsi aprelin 4-də gözlənilir. Bundan əvvəl siyasətçinin vəkili Co Takopinin xəbər verdiyi kimi, ABŞ-ın keçmiş Prezidenti məhkəməyə gələn zaman özünün günahsız olduğunu bəyan etmək niyyətindədir (EADaily).
AzPolitika.info


Şərhlər