Menu

ABŞ-ın kəşfiyat təyyarəsi İranın hava məkanını pozub

03.04.2023, 00:00
ABŞ-ın kəşfiyat təyyarəsi İranın hava məkanını pozub

Amerika Birləşmiş Ştatlarının (ABŞ) kəşfiyyatçı təyyarəsi İranın hava məkanını pozub.

Bu barədə aprelin 2-də iranist-ekspert Nikita Smaqin xəbər verib.

İranın silahlı qüvvələri xəbər verib ki, Amerikanın FP-3E təyyarəsi Oman körfəzinin cənubunda İranın hava məkanını pozub. Bundan sonra İranın HDQ təyyarənin ekipajına belə hərəkətin yolverilməz olduğu barədə xəbərdarlıq edib.

Xəbərdarlıq alan Amerika təyyarəsi İslam respublikasının hava məkanını tərk edib (EADaily).

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol