Menu

Bayden amerikalılara hücum silahlarının satışını qadağan etmək istəyir - FOTO

03.04.2023, 01:10
Bayden amerikalılara hücum silahlarının satışını qadağan etmək istəyir - FOTO

ABŞ prezidenti Co Baydenin administrasiyası ölkə vətəndaşlarına hücum silahlarının satışını qadağan etmək niyyətindədir.

Bu barədə dövlət başçısı “Twitter” səhifəsində yazıb.

Bayden xatırladıb ki, o, silahların qeyri-qanuni dövriyyəsinin qarşısını almaq və onları satanları məsuliyyətə cəlb etmək üçün addımlar atıb.

“Bu irəliləyişi davam etdirməyin vaxtıdır. Hücum silahlarını qadağan etməyin vaxtıdır”, - Bayden yazıb.

Xatırladaq ki, ABŞ prezidenti şəxsi odlu silahdan istifadə ilə zorakılığın azaldılması üzrə tədbirlərin sürətləndirilməsi barədə göstəriş verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol