Menu

Şimali Koreya nüvə fəaliyyətini artırıb - FOTO

03.04.2023, 15:09
Şimali Koreya nüvə fəaliyyətini artırıb - FOTO

Son zamanlar tez-tez uzaqmənzilli raket sınaqları ilə gündəmə gələn Şimali Koreyanın nüvə fəaliyyətini artırdığını sübut edən yeni görüntülər ortaya çıxıb.

“AzPolitika.info” xəbər verir ki, ABŞ-ın “38 North” şirkətinin paylaşdığı peyk görüntülərinə əsasən Şimali Koreyanın Yonbyon bölgəsindəki nüvə obyektindəki reaktorun tikintisinin başa çatdığı və tezliklə işə salınacağı bildirilib.

Görüntülərlə birlikdə nüvə reaktorunda suyun səviyyəsinin artdığı, uranın zənginləşdirilməsi üzrə fəaliyyət göstərəcək reaktor ətrafında isə tikinti işlərinin davam etdiyi məlum olub.

Xatırladaq ki, Şimali Koreya lideri Kim Çen In ötən həftəki çıxışında nüvə silahı üçün lazım olan nüvə materiallarının istehsalını artıracaqlarını bəyan edib

“AzPolitika.info”

....jpg


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol