Menu

Rusiyadan Azərbaycana investisiyalar 10 dəfə artıb – Mərkəzi Bank açıqladı

03.04.2023, 15:33
Rusiyadan Azərbaycana investisiyalar 10 dəfə artıb – Mərkəzi Bank açıqladı

Mərkəzi Bank ötən ildəki tədiyyə balansına dair məlumatları açıqlayıb.

“AzPolitika.info” xəbər verir ki, hesabatda 2022-ci il boyunca Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarınhəcmi 6 milyard 276 milyondollarolub.

2021-ci ildə bu göstərici 4 milyard 795 milyon dollar idi. Deməli, ötən il Azərbaycana yatırılan xarici birbaşa investisiyaların həcmi təxminən 1.5 milyard dollar və ya 31 faizə yaxın artıb. 1.5 milyard dollarlıq artımın təxminən üçdə ikisi Rusiya və Türkiyə ilə bağlıdır. Hər iki ölkədən Azərbaycana yatırılan birbaşa xarici investisiyalar kəskin artıb.

Əgər 2021-ci ildə Rusiyadan Azərbaycana cəmi 51 milyon dollar investisiya cəlb edilmişdisə, 2022-ci ildə bu rəqəm 518 milyon dollara yüksələrək 10 dəfə artıb. 2020-ci ildə Rusiyadan Azərbaycana 159 milyon dollar həcmində investisiya cəlb edilmişdi.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol