Şuşa istiqamətində keçirilən son əməliyyatlar nəticəsində Şuşanın iki kəndi Azərbaycan Ordusunun nəzarətinə keçib.

APA xəbər verir ki, martın 25-də Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində yüksəkliklər, ətraf ərazilər, eyni zamanda, Şuşa rayonunun Allahqulular və Zamanpəyəsi kəndləri artıq Azərbaycan Ordusunun nəzarəti altındadır.

Həmin kəndlərdən videogörüntüləri təqdim edirik:

Qeyd edək ki, martın 25-də Müdafiə Nazirliyi məlumat yayıb ki, Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.

Nazirliyin martın 30-da yaydığı məlumatda da yeni yüksəkliklərin nəzarətə götürüldüyü bildirilib.

Belə ki, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.