Menu

"Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalanmasında maraqlıdır" - Xaçaturyan

03.04.2023, 19:01
"Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalanmasında maraqlıdır" - Xaçaturyan

"Ermənistan Azərbaycanla sülhün əldə olunmasında və sülh müqaviləsi imzalanmasında maraqlıdır".

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan İsveç parlamentinin İsveç-Ermənistan dostluq qrupunun sədri Byorn Söderin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

"Ermənistan hökumətinin bir məqsədi var - regionda sülhə nail olmaq və danışıqlar yolu ilə Azərbaycanla yekun sülh müqaviləsi imzalamaq", - Xaçaturyan bildirib.

Onun sözlərinə görə, İrəvan region ölkələri ilə mehriban qonşuluq münasibətləri qurmağa, regional kommunikasiyaların qarşısının alınmasına və sərhədlərin açılmasına sadiqdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol