Menu

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşına yeni vəzifə verilib

04.04.2023, 12:21
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşına yeni vəzifə verilib

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin əməkdaşı Nigar Əhmədova işdən çıxıb.

"Report" xəbər verir ki, o, bundan sonra əmək fəaliyyətini Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsində davam etdirəcək.

N.Əhmədova 1986-cı ildə Bakıda anadan olub. O, 2004-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsində "Menecment" ixtisası üzrə bakalavr, 2009-2012-ci illərdə isə "Strateji İdarəetmə" ixtisası üzrə magistr təhsili alıb.

N.Əhmədova vaxtilə bir sıra aparıcı media qurumlarında çalışıb, 2019-cu ildən isə nazirliyin komandasına qoşulub.

Şərhlər

mamed 2023-04-04 13:51:17

Ne boyuk vezifedi ilahi. Bir o qalib tualet temizleyen kimse duzelse onuda xeber edesiz.

Etibar Vəliyev 2023-04-04 13:20:55

Azərbaycanda Kənd təsərrüfatı qalıb ki,hələ nazirliyi qalsın.Meyvə.taxıl,düyi, ət,və sair məhsullar xaricdn idxal olunduğu,torpaqların oliqarxlar tərəfindən zəbt edildiyi,sahə özəl əllərdə olduğu halda belə nazirliyin mövcudluğu sual doğurmurmu?Niyə dövlət vəsaitləri,büdcə yeyinti obyektinə döndərilib?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol