Menu

ABŞ Filippindəki bazalarının sayını artırır – Pentaqondan açıqlama

04.04.2023, 13:07
ABŞ Filippindəki bazalarının sayını artırır – Pentaqondan açıqlama

ABŞ Filippində daha 4 hərbi baza quracağını açıqlayıb.

“AzPolitika.info” xəbər verir ki, Pentaqondan verilən açıqlamada Filippinin Camilo Osias, Camp Melchor Dela Cruz, Balabac adaları və Lal-lo hava limanında 4 yeni hərbi bazanın yaradılacağı bildirilib.

Açıqlamada bu hərbi bazalardan təhlükəsizlik, humanitar yardım və təbii fəlakətlər zamanı istifadə ediləcəyi vurğulanıb.

Xatıraldaq ki, ABŞ bundan əvvəl Filippinin müdafiə infrastrukturunu gücləndirmək üçün 82 milyon dollar vəsait ayırmışdı.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol