Rusiya 2014-cü ildə qeyri-qanuni yolla ilhaq etdiyi və hazırda müharibə zonasında ən möhkəmləndirilmiş bölgələrdən biri olan Krımda yeni müdafiə istehkamları yaradıb.
“AzPolitika.info” xəbər verir ki, “Maxar” agentliyinin yaydığı yeni peyk görüntülərində Kırımda yerləşən şəhərlərdə çoxlu sayda müdafiə istehkamlarının qurulduğu, o cümlədən tankları və ağır maşınları yerləşdirmək üçün dərin xəndəklərin qazıldığı ortaya çıxıb.
Rusiyalı hərbi anlitik bildirib ki, Rusiya Krımın yaxın gələcəkdə müdafiə olunmalı olduğunu başa düşdüyü üçün bu cür müdafiə vasitələri yaratmaq qərarına gəlib.
“AzPolitika.info”


Şərhlər