Menu

NASA Aya səfər edəcək astronavtların adlarını açıqlayıb - FOTO

04.04.2023, 16:42
NASA Aya səfər edəcək astronavtların adlarını açıqlayıb - FOTO

NASA “Artemida II” layihəsi üzrə Aya yollanacaq 4 astronavtın adını açıqlayıb.

“AzPolitika.info” xəbər verir ki, NASA-dan verilən açıqlamaya görə, bu tarixi missiyada Reid Wiseman, Viktor Glover, Christina Hammock Koch və Ceremi Hansen iştirak edəcək.

Qeyd olunub ki, 2024-cü ilin noyabrında Ayın orbitinə doğru uçacaq üç amerikalı və bir kanadalı astronavt, 1972-ci ildə başa çatan “Apollon” missiyasından sonra kosmosun dərinliklərinə səfər edən ilk insanlar olacaqlar.

“AzPolitika.info”

Şərhlər

dadaşyev 2023-04-04 20:56:25

Biz çox xoşbəxt adamlarıq ki,belə şeylərdən ömür-billah uzağıq,çünki bizim ən böyük arzumuz,idealımız övladımızın toyunda ən bahalı şadlıq sarayında sındıra-sındıra oynamaqdı.Vəssalam,ondan o yana heç bir arzumuz yoxdu.Ondan sonra ölsək də dərdimiz olmaz.Bizə belə gəlir ki,Allahın bizi yaratmaqda məqsədi də övladımızın toyunda sındıra-sındıra oynamağımzdı.Ona görə də övlad desə ki Aya uçmaq istəyirəm,aparıb həkimə göstərərlər ki,buna bir dərman yaz,başı xarab olub.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol