Menu

Türkiyənin milli döyüş təyarəsinin ilk uçuşu nə vaxt olacaq? – “4 ölkə var, biz beşinciyik...”

04.04.2023, 17:42
Türkiyənin milli döyüş təyarəsinin ilk uçuşu nə vaxt olacaq? – “4 ölkə var, biz beşinciyik...”

“Türkiyənin milli döyüş təyyarəsinə (MMU) müxtəlif sistemlərin inteqrasiyası həyata keçirilir. Təyyarə bütün sınaqları başa vurduqdan sonra uçuşa hazır olacaq”.

“AzPolitika.info” xəbər verir ki, bunu Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir deyib.

İ.Dəmir MMU-nun 5-ci nəsil döyüş təyyarəsi olduğunu bildirib: “Dünyada bu layihəni həyata keçirən cəmi 4 ölkə var, biz 5-ciyik. Təyyarədə bütün sistemlər quraşdırılıb. Bu tip təyyarələri istehsal edən ölkələrə nəzər saldıqda uçuş təqviminin qısa olmadığını görə bilərik. Biz yüz faiz təhlükəsiz olduğunu bildiyimiz anda bu uçuşu həyata keçirəcəyik. Bu proses təxminən bir il çəkəcək”. 

“Təyyarə müasir elektron sistemlərlə, rəqəmsal pilot kabinəsi və elektron elementləri olan radar və müdafiə sistemləri ilə təchiz edilib. Tədricən daha yaxşı sistemləri sınaqdan keçirməyi düşünürük. MMU-nun dünyanın digər 5-ci nəsil təyyarələri ilə rəqabət aparacaq səviyyədə olacağını deyə bilərik”, - Dəmir bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol