“İranın öz silahlarını ora-bura fırlamasına baxmayın...” - “Azərbaycan Ordusu təkbaşına da İrana cavab verə bilər” + VİDEO

Son zamanlar İran rejiminin Azərbaycana qarşı təhdidləri və ümumilikdə İran-Azərbaycan münasibətlərində yaranan gərginlik regiondan kənarda da diqqətlə izlənilir.

“AzPolitika.info” xəbər verir ki, Ukraynada ən tanınmış hərbi ekspertlərdən biri, Ukrayna Prezident Ofisinin sabiq müşaviri Aleksey Arestoviç Ukrayna kanallarının birinə açıqlamasında İranın təhdidlərinə və Azərbaycanın mümkün cavab tədbirləri mövzusuna toxunub: “İranlılar tankları ora-bura sürüb Azərbaycanı və Türkiyəni qorxutmağa çalışacaqlar. Amma “problem” ondadır ki, onlar qorxmurlar, hətta bəlkə də özləri istəyirlər ki, İran “dingildəsin”. Belədə ABŞ və İsrailin vəziyyətdən istifadə etmək şansı yaranacaq”.

Arestoviç İran- Azərbaycan sərhədində yaranmış gərginliklə bağlı da fikirlərini bildirib.

“Ermənistan və İran məhsul mübadiləsindən çox asılıdırlar, İran isə bunun üzərindən böyük pullar və imkanlar əldə edir. Əgər Azərbaycan və Türkiyə Zəngəzur dəhlizini inşa etsələr, o zaman Bakı və Ankara şərti olaraq əsas nəqliyyat arteriyasına çevriləcəklər. İran arteriyası isə bu halda nəinki zəifləyəcək, hətta deyərdim ki, bu arteriya kəsiləcək. Bu isə qəti şəkildə İranın maraqlarına uyğun deyil”, - deyə o qeyd edib.

Arestoviç qeyd edib ki, Azərbaycan Ordusu güclüdür və gərəkərsə, təkbaşına da İrana cavab verə bilər: “Düzünü desəm, mənim üçün Azərbaycan və İran arasında müharibə əməliyyatlarını təsəvvür etmək çətindir. Çünki bu məsələyə dərhal Türkiyə qarışacaq. Azərbaycan Ordusu özlüyündə çox güclü və hazırlıqlıdır. Təkbaşına da İrana cavab vermək, öhdəsindən gəlmək iqtidarındadır, xüsusilə də Türkiyə qarışarsa. Amma hesab edirəm ki, hazırda bütün baş verənlər təhdidlər səviyyəsindədir, çünki reallıqda tərəflər toqquşmalarda maraqlı deyillər. Buna görə də bəlkə, eskalasiya, hərbi insidentlər baş verə bilər, amma birbaşa hərbi toqquşmalar ehtimalı azdır”..

Aresatoviç Güney Azərbaycanda 30 milyona yaxın Azərbaycan türkünün yaşamasını da xatırladıb: “Ancaq unutmaq olmaz ki, vaxtilə Azərbaycanın tərkib hissəsi olan Güney Azərbaycanda çox sayda azərbaycanlı yaşayır, hətta deyərdim, onların sayı on milyonlarladır... Onlar Azərbaycanla döyüşmək cəhdinə necə reaksiya verəcəklər? Bu, eyni xalqdır. Belədə İranın özünün daxilində problemlər yarana bilər. Odur ki, iranlıların öz silahlarını ora-bura fırlamasına baxmayın, bu heç də həmin silahlardan istifadə ediləcəyi demək deyil”.

“AzPolitika.info”


635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar