İspaniya aprelin ikinci yarısında Ukraynaya altı Leopard tankı verəcək.
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, bunu İspaniyanın müdafiə naziri Marqarita Robles deyib.
“Ukraynaya göndəriləcək altı tankımız artıq təmir olunub. Hazırda onların istismara yararlılıqları yoxlanılır. Bizim fikrimizcə, aprelin ikinci yarısında bu tanklar Ukraynaya göndəriləcək və digər ölkələrin təchiz etdiyi tank qruplarına qoşulacaq”, - deyə Robles bildirib.
Robles əlavə edib ki, İspaniya ordusu daha dörd tankı döyüşə yararlı vəziyyətə gətirmək üçün hazırlıqlar görür.
“AzPolitika.info”


Şərhlər