ABŞ-ın mühafizəkar sorğu şirkəti “Rasmussen Report”, Donald Trampın məhkəmə qalmaqalından sonra seçki sorğusu keçirib.
“AzPolitika.info” xəbər verir ki, sorğunun nəticəsinə görə, demokratlar senator seçkilərində hələ də irəlidə görünür. Respublikaçı siyasətçilərin önə keçərək, demokrat seçicilərdən səs toplaya bilmədikləri vurğulanıb.
Digər tərəfdən, fevral ayına qədər ABŞ Prezidenti Co Baydenin arxasında olan Donald Tramp budəfəki anketdə düz 5 xal öndə olub.
Qaradərili seçicilər də artan inflyasiyaya görə, Donald Trampa meyl etməyə başlayıblar. Seçkilərdə qaradərili amerikalılardan cəmi 8 faiz səs toplaya bilən Trampın bu göstəricisi hazırda 26 faizə çatıb.
Digər güclü Respublikaçı namizəd, Florida qubernatoru Ron DeSantis də Co Baydeni qabaqlayıb.
“AzPolitika.info”


Şərhlər