Fransa prezidenti Emmanuel Makron bu gün Pekində Çin lideri Si Cinpinlə görüşdə onu Ukraynadakı müharibəyə son qoymaq üçün Rusiyanı danışıqlar masasına oturtmağa çağırıb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Pekindən CNN telekanalı məlumat yayıb.
"Rusiyanın Ukraynadakı təcavüzü beynəlxalq sabitliyə zərbə vurdu. Mən bilirəm ki, Rusiyanı özünə qaytarmaq və hamını danışıqlar masasına qaytarmaq üçün sizə arxalana bilərəm", - Makron danışıqlara başlamazdan əvvəl Çin liderinə deyib.
Öz növbəsində Si Cinpinq bildirib ki, beynəlxalq ictimaiyyət Ukrayna böhranının genişlənməsinə imkan verməməlidir. O, Ukraynada mülki əhaliyə qarşı zərbələri pisləyib.
“Biz mülki əhalinin müdafiəsini təmin etməli və nüvə silahından istifadənin qarşısını almalıyıq”, - deyə Si bildirib.
Çin lideri həmçinin sülh danışıqlarının tezliklə bərpasına və siyasi həll yolu ilə balanslaşdırılmış, davamlı Avropa təhlükəsizlik ssenarisinin tapılacağına ümid etdiyini bildirib.
Rasim
“AzPolitika.info”


Şərhlər