Menu

Ukrayna prezidentinin ofisi əks-hücum üçün şərtləri aşıqlayıb

07.04.2023, 01:24
Ukrayna prezidentinin ofisi əks-hücum üçün şərtləri aşıqlayıb

Ukrayna Prezident Ofisinin müşaviri müşaviri Mixail Podolyak əks-hücumun başlaması üçün dörd şərtin adını çəkib.

APA-nın “Kanal 24”ə istinadla verdiyi məlumata görə, Podolyak bildirib ki, Ukrayna silah ehtiyatı toplamalı, hərbçilərə təlim keçməli, əməliyyatı planlaşdırmalı, informasiya hücumları həyata keçirməlidir.

"Birinci komponent əks-hücum üçün silah və texnikanın davamlı yığılmasıdır. İkincisi, Ukrayna hərbçilərinin bu əməliyyatda iştirak etmək üçün intensiv təlim keçməsi və koordinasiya etməsidir”, - Podolyak vurğulayıb.

Müşavir Ukrayna Baş Qərargahı tərəfindən gözlənilən əməliyyatın planlaşdırılmasını da vurğulayıb. Bundan əlavə, Podolyak “düşmənin psixoloji vəziyyətinə təsir göstərmək” məqsədilə informasiya hücumlarının hazırlanmasından danışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol