Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam edir.

“AzPolitika.info” “MOUZE” kanalına istinadla xəbər verir ki, İranın fars rejiminə xidmət edən daha bir neçə nəfər saxlanılıb.  

Saxlanılanlardan biri Bakının Binə qəsəbə sakini, özünü ruhani kimi tanıdan Əli Behiştidir

Digərləri isə Yevlax rayon sakinləri  - Ramin Quliyev, Vəfadar Pənahəliyev, Fəxri Zülfüqarlı və Amid adlı şəxslərdir.

“AzPolitika.info”

***

Azərbaycanda İranın casus şəbəkəsinin ifşası istiqamətində əməliyyatlar davam etdirilir.

“MOUZE” Telegram kanalının məlumatına görə, həyata keçirilən əməliyyatlar zamanı Bakının Binə qəsəbə sakini,  ruhani kimi özünü tanıdan Əli Behişti də saxlanılıb.

Qeyd edək ki, Əli Behişti möüzələrində hər zaman İranın fars rejimini təbliğ edib.

Xatırladaq ki, Azərbaycan hüquq-mühafizə orqanlarının İranın casus şəbəkəsinə qarşı keçirdiyi son üç əməliyyatda 19 nəfər saxlanılıb.