Menu

"Azərbaycanla Ermənistan arasında ən qısa vaxtda sülh müqaviləsinin imzalanmasını istəyirik" - Çavuşoğlu

07.04.2023, 13:16
"Azərbaycanla Ermənistan arasında ən qısa vaxtda sülh müqaviləsinin imzalanmasını istəyirik" - Çavuşoğlu

“Biz Cənubi Qafqazdakı durumu da müzakirə etdik”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu aprelin 7-də Ankarada rusiyalı həmkarı Sergey Lavrovla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyənin arzusu Azərbaycanla Ermənistan arasında ən qısa müddətdə sülh müqaviləsinin imzalanmasıdır: “Biz istəyirik ki, regionda sülh olsun. Mən həmkarımla Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan arasındakı münasibətlər barədə də danışdım”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol