Menu

Salyan rayonunda avtomobil piyadanı vuraraq öldürüb

09.04.2023, 13:58
Salyan rayonunda avtomobil piyadanı vuraraq öldürüb

Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un Aran bürosunun məlumatına görə, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, kənd sakini, 1967-ci il təvəllüdlü Məlikov Sərraf İldır oğlu yolu keçən zaman avtomobil onu vurub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol