İtkin düşən hərbçilərdən biri Ermənistanda saxlanılıb – Digəri axtarılır + FOTO (Yenilənir)

Naxçıvan Muxtar Respublikasında hərbi xidmət zamanı itkin düşən hərbçilərin kimliyi bəlli olub.

Məlumata görə, həmin hərbçilər - Hüseyn Əhliman oğlu Axundov, digəri isə Aqşin Qabil oğlu Bəbirovdur.


***

Bu gecə əlverişsiz hava şəraitinə görə itkin düşən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularından birinin Ermənistan ərazisində olduğu təsdiqlənib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Saxlanılan azərbaycanlı hərbçinin sözlərinə görə, onunla birlikdə həmkarı da olub. Axtarış işləri davam edir” - deyə, açıqlamada qeyd edilir.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi bu barədə məlumat yaymışdı.

Məlumatda qeyd edilir ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıb.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar