“Rusiyalılar Baxmutu məhv etməyi davam etdirirlər”.
“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, bunu Ukrayna Ordusunun şərq qruplaşmasının başçısı, general-polkovnik Aleksandr Sırskiy deyib.
Növbəti dəfə Baxmuta, ön cəbhəyə gedən və xüsusi seçilən döyüşçüləri mükafatlandıran general Sırskiy bildirib ki, Baxmutu ənənəvi küçə döyüşləri ilə ələ keçirə bilməyən Rusiya ordusu “Suriya variantı”na keçib. Bu isə şəhərdəki bütün binaların, tikililərin kütləvi artilleriya zərbələri və aviazərbələrlə dağıdılması, şəhərin məhv edilməsi hesabına irəliləməyi nəzərdə tutur.
General deyib ki, Ukrayna döyüşçülərinin qəhrəmanlığı nəticəsində Rusiya tərəfi Baxmutda hücum qruplaşmasının tərkibini dəyişməyə, “Vaqner”-in əvəzinə xüsusi təyinatlı qüvvələr və hərbi desant qüvvələrini cəlb etməyə məcbur olub: “Bizim qəhrəman döyüşçülər “vaqnerçiləri” tükədiblər. Baxmutun müdafiəsi davam edir. Vəziyyət ağırdır, lakin nəzarət altındadır...”
“AzPolitika.info”


Şərhlər