Menu

Rusiya şəhərləri 9 may paradından imtina edirlər - Kursk qubernatoru səbəbini açıqladı

10.04.2023, 14:19
Rusiya şəhərləri 9 may paradından imtina edirlər - Kursk qubernatoru səbəbini açıqladı

Bir çox Rusiya şəhərlərində 9 may paradının keçirilməyəcəyi məlum olub.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Rusiya təbliğat kanallarında məlumat verilib. Hələlik paradların ləğv olunduğu şəhərlər əsasən Ukrayna ilə həmsərhəd vilayətlərdə yerləşən şəhərlərdir. Belə ki, artıq Kursk və Belqorod vilayətlərində parad olmayacağı rəsmən elan edilib.

Kursk vilayətinin başçısı Roman Starovoy belə bir qərarın təhlükəsizlik səbəbilə qəbul olunduğunu bildirib. Xəbərdə qeyd olunur ki, işğal olunmuş Krımda da 9 may paradının keçiriləcəyi sual altındadır və böyük ehtimalla bu tədbir baş tutmayacaq. Ümumilikdə isə 9 may paradının ləğv olunacağı şəhərlərin sayının artacağı gözlənilir.

“AzPolitika.info”   

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol