Menu

Dörd yaşlı uşağı öldürüb quyuya atan şəxsə 11 il cəza verilib

10.04.2023, 14:21
Dörd yaşlı uşağı öldürüb quyuya atan şəxsə 11 il cəza verilib

Bakıda 4 yaşlı uşağı öldürüb quyuya atmaqda ittiham olunan Mehman Mansurovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Mehman Mansurov 11 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il yanvarın 31-də 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

4 yaşlı M. Hüseynlinin qonşusu, 1990-cı il təvəllüdlü Mehman Mansurov tərəfindən döyülərək öldürüldüyü, daha sonra quyuya atıldığı iddia edilir.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Şərhlər

dadaşyev 2023-04-10 19:55:20

Əlin qurusun,köppayoğlu.4 yaşlı uşaqdan nə istədin?11 il nədi,səni asmaq lazımdı.11 il yatıb çıxandan sonra nələr etməzsən ki sən!

t.ədalət 2023-04-10 17:53:06

Hiss olunur ki,cəzasının yarısını pulla satın alıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol