Menu

Lukaşenko Minskdə Şoyqu ilə görüşüb

10.04.2023, 14:31
Lukaşenko Minskdə Şoyqu ilə görüşüb

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə BelTA agentliyi məlumat yayıb.

"Lukaşenko Minskdə Şoyqu ilə görüş keçirir", - deyə agentlik yazıb.

"Pul Pervoqo" telegram kanalı Lukaşenko ilə Şoyqu arasındakı danışıqların müzakirə mövzularını açıqlayıb. Belə ki, kanalın yazdığına görə görüşdə "Belarusa təcavüz olacağı təqdirdə Rusiyadan təhlükəsizlik və zəmanət“ və “Birgə qoşun qruplaşmasının döyüş hazırlığı və koordinasiyası" mövzuları müzakirə olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol