Rus Pravoslav Kilsəsinin başçısı, Moskva patriarxı Kirill Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçılıq müharibəsinə haqq qazandırmaq üçün yeni “səbəb” tapıb.
“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, Patriarx Kirill Ukraynaya qarşı müharibənin Putinin imperiya arzuları ilə yox, “xristian dəyərləri” ilə bağlı olduğunu iddia edib.
Kilsə başçısının fikrincə, bu, Ukraynaya qarşı açılan savaş yox, xristian dəyərləri uğrunda Rusiya və Qərb arasında gedən mübarizədir: “Qarşıya məqsəd qoyulmuşdu ki, bizi heç bir müharibəsiz, yalın əllə götürsünlər. Bizi aldatmaq, öz dünyalarına cəlb etmək və bizə öz dəyərlərini yeritmək istəyirdilər. Lakin xalqımız və rəhbərliyimiz anladı ki,bu dəyərlər bizim dəyərlərimizə ziddir. Axı müqəddəs Rusiya öz xristian dəyərlərini saxlayır...”
Beləliklə də Rusiya Pravoslav Kilsəsinin başçısı növbəti dəfə işğalçılıq müharibəsinə və eyni dini bölüşən ukraynalıların qətlinə, şəhərlərinin viran qoyulmasına, evlərindən didərgin salınmasına haqq qazandırıb. Özü də “xristrian dəyərləri” ilə...
“AzPolitika.info”


Şərhlər
İsa MƏSİH tapşırıb ki, bir üzünə vursalar o biri üzünü də çevir. Deməyuib ki, bir üzünə tüpürsələr o biri üzünü də çevir. Hadi xristianlıqda qonşunu özün kimi sev deyə əmr olunurdu. Düşməni öp deyilirdi .Bunlar harda qaldı bəs? Nə Krill xristian, nə Xameneyi müsəlmandır.
Bizim o boyda şeyximizi 1400 il qabaq xəlifəlik üstündə öldürülən bir ərəbə görə hər il timsah göz yaşları töküb şaxsey-vaxsey deyə-deyə,sinə cırıb zəncir vura-vura donqili fars mollaları aldada biliblər.Sən nə əcəb aldanmamısan?
Bu müharibədə realda Rusiya 500 mindən çox şəxsi heyət itkisinə məruz qalıb.Bu,kilsə şeytanı necə patriarxdır ki,imeriya marağı ilə günahsız ölənlər üçün narahat olmur?20 Yanvarda da Bakıda törədilən qətliam zamanı uşaqbazlıq məskəni olan kilsələr işğalçı rus hərbiçilərinin məlumat mərkəzinə çevrilmişdilər.Kilsələr həmişə qətliamlar ocağı olublar.İndi də elədir.Nə yaxşı ki xristian deyilik.