Menu

"Fransa Ukraynadakı münaqişədə vasitəçi ola bilməz" - Kreml

10.04.2023, 15:00
"Fransa Ukraynadakı münaqişədə vasitəçi ola bilməz" - Kreml

Fransanı Ukraynadakı münaqişədə vasitəçi kimi təsəvvür etmək çətindir, çünki Paris dolayısı ilə və birbaşa olaraq Kiyevin tərəfində münaqişədə iştirak edir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Paris indi vasitəçi roluna iddia edə bilməz, çünki Paris faktiki olaraq münaqişə iştirakçılarından birinin tərəfini tutur. Paris, üstəlik, Ukraynanın tərəfində bu münaqişədə həm dolayı, həm də birbaşa iştirak edir. Buna görə də burada hər hansı vasitəçilik səylərini təsəvvür etmək hələ də çətindir”, - Kremlin sözçüsü vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol