Menu

"Ortaq səylərimiz sayəsində Qazaxıstan-Azərbaycan münasibətləri daha açıq xarakter kəsb edib" - Tokayev

10.04.2023, 21:09
"Ortaq səylərimiz sayəsində Qazaxıstan-Azərbaycan münasibətləri daha açıq xarakter kəsb edib" - Tokayev

"Bizim ortaq səylərimiz sayəsində son illərdə Qazaxıstan ilə Azərbaycan arasında münasibətlər daha açıq və hərtərəfli xarakter kəsb edib. Siyasi, ticari-iqtisadi, mədəni-humanitar əməkdaşlıq fəallaşıb".

"Report" xəbər verir ki, bu fikirləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında səsləndirib.

Yarım ildən bir qədər çox əvvəl imzalanan sənədlərin, bütün bu razılaşmaların ardıcıl olaraq həyata keçirildiyini vurğulayan Kasım-Jomart Tokayev deyib: “Bu gün imzalanmış bir sıra yeni sazişlər bizim çoxşaxəli tərəfdaşlığımıza əlavə impuls verəcək”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol