“Mən gələn həftə Bakının Qarabağda, o cümlədən Laçın yolunda Ermənistanın və Qarabağdakı xunta rejiminin əl-ayağını yığışdıracaq hansısa aktiv hərəkətlərini gözləyirəm”.

“AzPolitika.info” xəbər verir ki, bu sözləri politoloq Fərhad Məmmədov Caliber.Az internet layihəsinin növbəti buraxılışında Qarabağ ermənilərinin reinteqrasiya problemləri barədə danışarkən deyib.

Onun sözlərinə görə, əslində həm İrəvan, həm də Qarabağdakı xunta Azərbaycandan müəyyən hərəkətlər gözləyir. 

“Son günlər verilən qərarlar göstərir ki, onlar bunu gözləyirlər. Məsələn, separatçılar Qarabağ ermənilərinin xüsusi icazə olmadan hərəkətini məhdudlaşdırmaq barədə qərar qəbul edirlər. Onlar Azərbaycanın yola nəzarət edəcəyinə hazırlaşırlar. Hətta güman ki, Rusiya son anda yola Azərbaycanla birgə hansısa ortaq nəzarət təşəbbüsü ilə çıxış edəcək. Fikrimcə, yaxın 7-10 gündə Rusiyanın bu xüsusda müəyyən təşəbbüsləri olacaq. Əgər bu, baş verməsə, o zaman Bakı müəyyən tədbirlər görəcək”, - deyə o qeyd edib.

Konkret qərarın verilməsi üçün isə indi bütün zəruri şərtlər mövcuddur. Bu gün Laçın yolundakı ekofəalların aksiyasının 121-ci günüdür. Belə görünür ki, həqiqətən hansısa yekun qərarı elan eləməyin vaxtı çatıb. Əks halda, proseslər Rusiya və Azərbaycan arasında ənənəvi tərəfdaşlıq münasibətlərini geridönməz şəkildə korlaya bilər.

Elman

"AzPolitika.info"