Menu

“Rusiya səması 2029-cu ilə qədər bağlı olacaq” - Avropaya uçuşların bərpası gözlənilmir

11.04.2023, 16:29
“Rusiya səması 2029-cu ilə qədər bağlı olacaq” - Avropaya uçuşların bərpası gözlənilmir

Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı hesab edir ki, Rusiya və Ukrayna səmaları 2029-cu ilə qədər sərnişin təyyarələrinin Avropaya uçuşu üçün qapalı olacaq.

“AzPolitika.info” xəbər verir ki, bununla bağlı məlumat sözügedən təşkilatın rəsmi internet saytında yer alıb.

Məlumatda deyilir ki, Asiyadan Avropaya şimali Avropa ölkələri üzərindən uçuşlar azaldılıb və cənub-şərq ölkələrinin hava məkanlarına yönləndirilib: “Hazırda hesab edirik ki, Ukrayna və Rusiya hava məkanları planlaşdırma üfüqünün sonuna(2029-cu il) qədər bağlı qalacaq”.

Xatırladaq ki, Ukraynaya qarşı işğalçılıq savaşı başlayandan sonra Ukrayna və Rusiya hava məkanları uçuşlar üçün qapadılıb.

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol