Menu

IMF Azərbaycanda iqtisadi artımla bağlı proqnozunu yaxşılaşdırıb

11.04.2023, 17:38
IMF Azərbaycanda iqtisadi artımla bağlı proqnozunu yaxşılaşdırıb

Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının 3 % artacağını proqnozlaşdırır.

“Report” xəbər verir ki, bu barədə IMF-nin “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatının aprel sayında bildirilir.

Sənədə əsasən, bu, Fondun oktyabr proqnozu ilə müqayisədə 0,5 faiz bəndi çoxdur.

IMF gələn il və 2028-ci ildə Azərbaycan iqtisadiyyatının 2,6 % artacağını gözləyir.

2021-ci ildə ölkə iqtisadiyyatı 4,6 % artıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol